Bakı və Hacıqabul sakinlərindən narkotik vasitələr aşkarlanaraq götürülüb
DİN-dən Milli.Az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kultivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məmmədovdan isə çəkisi 850 qram olan marixuana götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Digər xəbərlər
loading...