Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın onunla jurnalistlərin qarşısında danışıqlar aparmaqdan imtina etməsini hakim Respublika partiyası daxilində hökm sürən çaxnaşma ilə izah edib
Paşinyan çoxsaylı jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib:
“Bu o deməkdir ki, Respublika partiyasında tam çaxnaşma hökm sürür, çünki ötən gün onlar elan ediblər ki, danışıqlara hazırdırlar. Heç bir şərt qoymadan. Bu gün isə gördüyünüz kimi, Karapetyanın yerində mənim çantam dayanıb”.
Paşinyana görə Karapetyanın görüşdən imtinası özünə inamın olmaması ilə bağlıdır. “Fikrimcə onlar özlərinin danışıqlar aparmaq gücünə inanmırlar. Əgər adam ölkə daxilində öz potensialına əmin deyilsə Qarabağa dair danışıqları necə aparacaq? Biz Azərbaycanla danışıqlarda da belə situasiya ilə qarşılaşacağıq” - o deyib.
Paşinyan əlavə edib ki, o hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmaq niyyətində deyil. “Kimsə izah edə bilər ki, nəyə görə mən danışıqları bağlı qapılar arxasında aparmalıyam? Bizim “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyası ilə qapalı danışıqlarımız olub, çünki onlar siyasi münaqişənin tərəfləri deyillər. Əgər açıq format qəbuledilməzdirsə qoy Karapetyan gəlib izah etsin ki, niyə?” - Paşinyan bildirib.. (Virtualaz.org)
Digər xəbərlər
loading...