Rusiyanın Leninqrad vilayətinin Staropolye kəndində yerli icra orqanının binası qarşısında “Telegram” messencerinə abidə qoyulub
İKT.lent.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, abidəni məktəblilər düzəltdirib. Onlar yerli deputatın məktəb üçün noutbuk alınması məqsədilə verdiyi puldan istifadə ediblər. Bununla məktəblilər “Telegram”a öz dəstəklərini göstərmək istəyiblər.
Qeyd edək ki, “Telegram” məhkəmə qərarı ilə Rusiya ərazisində bloklanıb. Səbəb messencerin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etməsidir.
Digər xəbərlər
loading...