Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq
“Qafqazinfo” xəbər verir ki, bu barədə BNA və AAYDA birgə məlumat yayıb. Məhdudlaşdırma 2 gün ərzində, aprelin 28-29-da qüvvədə olacaq.
Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.
Digər xəbərlər
loading...