ABŞ prezidenti Donald Tramp Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb
Məktubda deyilir:
"Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə sizinlə birgə işləmək əzmindəyəm.
Biz sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm".
Digər xəbərlər
loading...