Azərbaycanda mərc oyunları bazarını inhisarında saxlayan "Topaz"la bağlı mütəmadi olaraq şikayətlər yayılır. Ölkənin yeganə mərc kantoru olan şirkət sözün əsl mənasında özbaşınalıq edir.
"Topaz"ın növbəti özbaşınalığı ilə bağlı bu günlərdə Aut.az-a daha bir şikayət daxil olub. Şikayəti ünvanlayan "Topaz" müştəriləri pullarının kantor tərəfindən mənisənildiyini bildirir.
Aprelin 19-da baş tutan və Türkiyə Kubokunun yarımfinal mərhələsinin "Fənərbaxça" - "Beşiktaş" oyunu 57-ci dəqiqədə dayandırılmışdı. Buna səbəb tribunalardan meydana kənar əşyaların atılması nəticəsində "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başının yarılması olmuşdu.
Dünyanın bütün kantorlarında başa çatmayan və ya təxirə salınan oyunlara edilən pul qoyuluşları oyunun təxirə salınmasından sonra müştəriyə qaytarılır. Bu qayda indiyə qədər "Topaz"da da olub. Lakin bu dəfə şirkət fərqli addım atıb. Belə ki, "Topaz" "Fənərbaxça" - "Beşiktaş" oyununa yazılan kubokları "uduzmuş" kimi qəbul edərək, pulları müştərilərə qaytarmaqdan imtina edib. Müştərilərin bununla bağlı şikayətlərinə şirkətdən heç bir cavab verilməyib.
Eyni vəziyyət "Etopaz"da da yaşanıb. Qarşılaşmanın birinci hissəsindən sonra edilən pul qoyuluşları "uduzmuş" kimi qəbul edilərək, pullar müştərilərin balansına qaytarılmayıb. Şirkət əməkdaşları bununla bağlı müştərilərin etopaz.az saytının "Bizə Yazın" bölməsinə yazılan şikayətlərə cavab vermək zəhmətinə belə qatlaşmayıb.
Digər xəbərlər
loading...