Avropa Liqasının yarımfinal mərhələsinin "Arsenal"la səfər oyununda (1:1) texniki zonadan qovulan "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzası arta bilər
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, matçın 13-cü dəqiqəsində baş hakimin qərarına sərt şəkildə etiraz edən argentinalı mütəxəssis onu təhqir etməkdən də çəkinməyib.
Simeonenin Madriddəki cavab matçını buraxacağı dəqiqdir. Lakin əgər hollandiyalı referi Kleman Türpen Simeonenin onu təhqir etdiyini protokola əlavə etsə, məşqçi UEFA tərəfindən 3 oyunluq cəzalanacaq.
Digər xəbərlər
loading...