Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib
“Report”un xəbərinə görə, Ali Məhkəmədə kassasiya şikayəti hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi isə M.Səlimovun apellyasiya şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən saxlayıb.
Digər xəbərlər
loading...