Paşinyan bu gün saat 12:00-da Karen Karapetyanla da görüşməyi təklif edib
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla görüşüb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
"Ölkədə yaranmış vəziyyəti və mümkün həll yollarını müzakirə etdik", - N.Paşinyan "Facebook" səhifəsində yazıb.
O deyib ki, A.Sarkisyan həmçinin 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığını itirdiyini təsdiqləyən sənəd təqdim edib.
Qeyd edək ki, N.Paşinyan həmçinin bu gün saat 12:00-da Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla görüşməyi təklif edib.
Eyni zamanda, bu gün axşam saatlarında Gümrü və Vanadzorda növbəti mitinqlərin keçiriləcəyi gözlənilir.
Digər xəbərlər
loading...