Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrov və Edvard Nalbandyan arasında keçirilən görüşdə Ermənistanda baş verən hadisələrin müzakirə olunub-olunmamasına münasibət bildirib
Erməni jurnalistin Lavrov-Nalbandyan görüşündə Ermənistandakı vəziyyətin müzakirə olunması və bundan sonra iki ölkənin xarici siyasət idarələri arasında mümkün əməkdaşlıqla bağlı suala Rusiya XİN sözçüsü birbaşa cavab verməkdən yayınıb.
O, Rusiyanın Ermənistanla əlaqələrinin davam etdiyini söyləyib: "Siz çox qəribə sual verirsiniz. Bizim Ermənistanla əlaqələrimiz kəsilməyib. Daha doğrusu, başa düşmürəm ki, sizin sualınız nə ilə əlaqdardır. Ermənistanda Rusiya səfirliyi, Rusiyada Ermənistan səfirliyi fəaliyyət göstərir. Başa düşə bilmirəm ki, sizin sualınız nədən qaynaqlanır".
Erməni jurnalistin "mümkün hakimiyyət dəyişikliyindən qaynaqlanır" replikasına isə M. Zaxarova belə cavab verib: "Rusiya və Ermənistan xalqları var. Məhz bu xalqların rifahı və çiçəklənməsi üçün diplomatlar da xidmət edir. Yəni ki, xalqlar deyil, biz diplomatlar xalqlarımızın yaxşı yaşaması, birgə gələcəyi üçün fikirləşməliyik. Bu münasibətlərin davam etməsi üçün Rusiya Federasiyasından asılı olan hər şey edilib. Bura ikitərəfli münasibətlərin inkişafı, həm də regional məsələlər aiddir. Təəssüflər olsun ki, Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün əsl yaradır. Biz bu məsələlərin həllində öz öhdəliyimiz yerinə yetiririk".
MilliYol.Az
Digər xəbərlər
loading...