Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.
Qeyd edək ki, qurumun bu ilin yanvar ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb.
Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin açıqlama verəcəyi gözlənilir.
Digər xəbərlər
loading...