Peşəkar boksçumuz, dünya və Avropa çempionu Azad Əzizov aprelin 28-də növbəti dəfə Azərbaycan bayrağı altında beynəlxalq rinqə çıxacağı ilə bağlı xəbər Almaniya mediasının diqqətini çəkib
Milli.Az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib. Almaniyanın "General-anzeiger" mediası Azad Əzizovun baş tutacağı döyüş haqqında geniş məlumat verib. Qəzet boksçumuzun 2007-ci ildə Almaniyada yaşadığını, bir sıra uğurlara sahib olduğunu, yarışa ciddi hazırlaşdığını yazıb.
Boksçumuz Azad Əzizov bu döyüşünü Aprel şəhidlərinin xatirəsinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcək.
Digər xəbərlər
loading...