Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların statusu müəyyənləşib
Modern.az-ın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsinin 47-ci maddəsinə ( Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ) dəyişiklik təklif edilir.
Bələdiyyə mülkiyyətinə aid torpaqlar aşağıdakılardır:
- ümumi istifadədə olan torpaqlar;
- hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar;
- ehtiyat fondu torpaqlarır.
Dəyişikliyə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aid edilir.
Digər xəbərlər
loading...