Ermənistanda “Respublikaçılar” fraksiyası ilə ittifaqda olan “Daşnaksütyun” partiyasının hökumət nümayəndələri istefa veriblər
Modern.az partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, partiyaya daxil olan nazir və qubernatorlar öz istefaları haqda prezidentə yazılı bildirblər.
Nazirlərdən təhsil naziri vəzifələrini icra edən Levon Mkrtçyan, ərazi idarəsi və inkişaf naziri David Lokyan, təbiətin mühafizəsi naziri Artsvik Minasyan öz səlahiyyətlərindən imtina ediblər.
Həmçinin qubernatorlardan Şirak əyalətinin qubernatoru Artur Xaçatryan və Araqatsatn əyalətinin qubernatoru Aşot Simonyan vəzifələrindən istefa veriblər.
Qeyd edək ki, aprelin 26-da “Daşnaksütyun” partiyası hakim koalisiyadan çıxdığını bildirib.
Digər xəbərlər
loading...