Qətlə yetirilmiş avtoritetin tərəfdarları ilə əleyhdarları arasında münasibətlər ecə olacaq?
Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) qətlinin sifarişçiləri ilə bağlı müxtəlif fərziyyələr səslənir. Artıq Rövşən Lənkəranskiyə silahlı hücumla bağlı 4 nəfər həbs edilib. Türkiyənin Show TV kanalı xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan 3-ü Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. Saxlanılan şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanlarından əlavə məlumat verilməyib.
Xəbərdə bildirilir ki, Istanbul polisi hadisə baş verdikdən dərhal sonra cinayəti törədən şəxslər isti izlərlə yaxalamağa çalışıb. (Lent.az)
Lənkəranskini kürdlər öldürüb
Qətlin sifarişçilərinə gəlincə isə, burada bir neçə adamın adı hallanır. Rusiya mətbuatı bu fərziyyələrə geniş yer verib. “Rövşən Lənkəranskini kürdlər öldürüblər”. Bu barədə informasiyanı Rusiyanın “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
“Axar.az” bildirir ki, iddiaya görə, Rövşən artıq çoxdan Istanbulda məskunlaşaraq, bu şəhərdə özünü təhlükəsizlikdə hiss edib. Üstəlik, özünün Istanbuldakı qonaqlarını xüsusi təmtəraqla qarşılayan Lənkəranski onlara Istanbulun sahibi olduğunu göstərməyə çalışırdı:
“Belə bir şübhə var ki, Lənkəranski cinayətinin iştirakçıları kürdlərdir. Onlar çoxdan Ded Xasana görə intiqam almaq istəyirdilər. Kürdlərə bu işə görə qanuni oğrular yaxşı pul vermişdilər. Bu pul isə Laşa Şuşanaşvili (Laşa Rustavski), Yuri Piçuqin (Piçuqa), Vasili Xristoforov (Vasya Voskres) və Nadir Sələfovdan (Lotu Quli) kürdlərə daxil olub”.
Mənbə Zaxariya Kalaşovun həbsindən sonra 2016-cı ildə Italiya həbsxanasından azadlığa çıxmış Merab Canqveladze və Rövşən Lənkəranskinin aktivləşdiyini bildirib. Həbsdən çıxan Canqveladze də Rövşən kimi Türkiyədə yaşayıb, amma Lənkəranskidən fərqli olaraq o, daimi yaşayış məntəqəsi kimi Istanbulu yox, Antalyanı seçib:
Müharibə bununla bitməyəcək
“2016-cı ilin iyulunda Lənkəranskinin briqadası Georgi Sorokini ələ keçirib, döyürlər. Onun oğru olmadığı elan edilir. Sorokin həm də Irəvan sxodkası zamanı onların qanuni oğru adından imtina edilməsini göstərən məktubun altına qoyduğu imzaya görə cəzalandırılır. Bundan sonra Sorokinə Piçuqaya salam aparması məsləhət görülür və deyilir ki, növbə Piçuqadadır. Bunu eşitdikdən sonra Piçuqa Laşa Şuşanaşvili ilə əlaqəyə keçir. Şuşanaşvili hazırda Yunanıstanda yaşayır, amma kriminal aləmdə ən güclü qanuni oğrulardan hesab edilir. Zaxar Kalaşov həbsdə olduğu müddət ərzində Şuşanaşvili əsas lider hesab edilir. Şuşanaşvili çoxdan Rövşən Lənkəranski, Merab Canqveladze və Tariel Oniani ilə düşmən idi. Piçuqa ilə Vasya Voskres isə Şuşanaşvilinin təsir dairəsinə daxil olmuşdular. Rövşənlə bağlı müzakirələrə bunlarla bərabər, Lənkəranskinin bir nömrəli düşməni hesab edilən Nadir Sələfov da qoşulur. Bu müzakirələrdən sonra cinayəti həyata keçirəcək şəxslər aranır və onlar kürdlərin simasında tapılır.
Müharibə bununla bitməyəcək. Lənkəranskidən sonrakı hədəf böyük ehtimalla Merab Canqveladze olacaq. Italiyadan Rusiyaya ekstradisiya olunması gözlənilən Cemo Mikeladze də bu siyahıda var”.
Qeyd edək ki, Rövşən Lənkəranskiyə qarşı sui-qəsd dünən təşkil edilib. O aldığı 5 güllə yarasından sonra həlak olub. Lənkəranskinin nəşi doğma Lənkərana gətirilib. Onun tabutunu minlərlə insan qarşılayıb.
Azərbaycan həbsxanalarında toqquşmalar ola bilərmi?
Maraqlı məqamlardan biri də bundan ibarətdir ki, əgər qətlin sifarişçisi kimi Nadir Sələfovun adı qətiləşərsə o zaman Azərbaycan ərazisində yerləşən təcridxanalarda ciddi toqquşmalar müşahidə oluna bilər. Çünki həbsxanalarda həm N.Sələfovun, həm də R.Canıyevin tərəfdarları kifayət qədərdir. Ümumiyyələ baş vermiş qətl həbsxanalara necə təsir edə bilər?
Məsələ ilə bağlı söhbət etdiyimiz ekspert bildirdi ki, N.Sələfovun qətlin arxasında dayandığı ehtimalı azdır. Burada əsas şübhə daha çox digərlərinin üzərinə düşür. Kriminal müharibənin hələ bir müddət də davam edəcəyini deyən ekspert onu da vurğuladı ki, artıq növbədə kimlərin olduğu da bəllidir.
Bəs, belə bir qarşıdurma olarsa müvafiq strukturlar buna nə dərəcədə hazırdır?
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, Penitensiar Xidmət tabe qurumlarında əməliyyat və rejim aparatı istənilən təhlükənin qarşısını almağa qadirdir: “Hər hansı bir şəxsin, hardasa qətlə yetirilməsi ilə bağlı əlavə tədbirlərə ehtiyac yoxdur. Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir”. (azadliq.info)
MilliYol.Az
Digər xəbərlər
loading...