Moskva Ermənistandakı vəziyyətin istisnasız olaraq hüquqi və Konstitusiya müstəvisində inkişafına ümid edir
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistandakı mövcud vəziyyətlə bağlı bəyanatda bildirilir.
“Bizi tarixi dostluq ənənlərinin, iri miqyaslı çoxtərəfli əməkdaşlığın və müttəfiqlik münasibətlərinin bağladığı Ermənistandakı daxili siyasi vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik. Ümid edirik ki, vəziyyəd istisnasız olaraq hüquqi, Konstitusiya müstəvisində inkişaf edəcək, bütün siyasi qüvvələr konstruktiv dialoqa hazır olduqlarını göstərəcəklər. Əminik ki, ölkədə həyatın tezliklə normal axarına qayıtması və ictimai razılığın bərpa olunması qardaş Ermənistanın köklü maraqlarına cavab verir”, – deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...