Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb
Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkətindən bildirilib.
Qeyd olunur ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının GSAT-11 peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib.
Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq.
Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.
“Ariane 5 ECA” raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın “GSAT-11″ rabitə peykini də çıxaracaq.
Azərbaycanın “Azerspace-2/Intelsat 38″ peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Digər xəbərlər
loading...