Koreya Azərbaycandakı Səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə aprelin 28-də Bakı Musiqi Akademiyasında “Bakı K-pop Festivalı - 2018” keçirəcək
Səfirlikdən Axşam.az-a verilən xəbərə görə, festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məşhur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək.
“Bakı K-pop Festivalı’ artıq 4-cü ildir, keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıb.
Qeyd edək ki, festival Koreya səfirliyinin təşkilatçılığı, “‘Hansamo Azərbaycan”-ın dəstək və koordinatorluğu ilə keçirilir. “Hansamo Azərbaycan” (sədri Nuray Kərimova) mərkəzi Bakı olmaqla 2 mindən artıq üzvdən ibarət Koreyasevərlər Assosiasiyasıdır.
Qeyd edək ki, festivalda iştirak ödənişsiz olmaqla, tədbirin keçiriləcəyi salona ilk gələn 650 nəfərə hədiyyə qazanmaq şansı verən nömrəli biletlər təqdim olunacaq.
Digər xəbərlər
loading...