“Hadi yine iyisin” mahnnısıyla 90-cı illərə möhür vuran, mərhum müğənni Kayahanın keçmiş kürəkəni Tayfun Duyğulu illər sonra etdiyi etirafla hər kəsi təəccübləndirib
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, radio verilişlərinin birində qonaq olan ifaçı Kayahanın ona bıçaq çəkdiyini deyib:
“Kərim Tekinin söylədiyi “Kar beyazdır ölüm” mahnısını Nilufər üçün yazmışdım. Bunu öyrənən Kayahan mənimlə dalaşdı. Onu itələdim. Kayahan da mənə 20 santimetr uzunluqda bıçaq çəkdi. İnsanlar aramıza girərək bizi ayırdılar”.
Qeyd edək ki, Tayfun Kayahanın qızı Bəstə Açarla evli olub.
Digər xəbərlər
loading...