Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində Türkiyə Parlamentində (TBMM) olub
Qaynarinfo xəbər verir ki, burada Türkiyə parlamentinin sədri İsmail Kahramanla bir araya gələn İlham Əliyev iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyib.
Dünyada bu qədər yaxın iki dövlətin olmadığını vurğulayan ölkə başçısı bu münasibətlərin tarixi köklərə bağlı olduğunu dilə gətirib.
Türkiyə və Azərbaycanın bu gün həm ikili əlaqələrdə, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq etdiyini qeyd edən İlham Əliyev bundan sonrakı mərhələdə münasibətlərin daha sıx olacağını söyləyib.
Əliyevin çıxışından sonra görüş mətbuata qapalı keçirilib.
Digər xəbərlər
loading...