2017-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 56011 işə baxılıb ki, bu da 2016-cı ilin göstəricisindən 49,4 faiz çoxdur
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların 72,8 faizi idarəçilik qaydaları, 6,0 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,6 faizi yol hərəkəti qaydaları, 5,3 faizi sağlamlıq, 2,3 faizi mülkiyyət əleyhinə olan, 1,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 1,2 faizi gömrük qaydaları, 1,1 faizi ticarət qaydaları, 0,3 faizi iqtisadi fəaliyyət qaydaları, 4,1 faizi isə digər inzibati xətalarla bağlı olub.
2017-ci ildə baxılmış işlərin 61,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 faizinin icraatına xitam verilib, 12,2 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tədbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş 34644 nəfərin 38,1 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 36,1 faizinə inzibati cərimə, 21,0 faizinə inzibati həbs, 2,3 faizinə ictimai işlər, 0,2 faizinə xəbərdarlıq, 2,3 faizinə isə digər tənbeh növləri tətbiq edilib.
Digər xəbərlər
loading...