Müstəqil.Az-ın Vergilər Nazirliyini Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də cənub bölgəsində digər vergi müfəttişlərinin qanundan kənar atdıqları addımlarla bağlı araşdırmaları davam edir
Prezidentə məktub
Problemlə bağlı ötən yazımızda (/www.mustaqil.az/2018/04/23/lənkəranli-sahbkarlar-prezidentdən-komək-istədi-umidimiz-sizsiniz/) saytımızın redaksiyasına bir qrup iş adamının sözügedən şəxslərin əməllərindən şikayət məktubunun daxil olması barədə ətraflı məlumat vermişdik.Şikayətçilər ölkə başçısının iş adamlarına yaratdığı şəraitə rəğmən bəzi dövlət qurumu və nazirliklərin prezidentin gördüyü işlərə kölgə salmaqla məşğul olduqları diqqətə çatdırımışdı.Qurum əməkdaşlarının üzərlərinə düşən vəzifəni icra etmək əvəzinə bacarıq və istedadlarını şəxsi maraqlarının təmin olunmasına yönədildiyi də xatırladılıb.
Nazirdən dəstək istənilib
Qeyd edək ki, şikayət məktubunda həmçinin ölkə başçısı, eləcə də vergilər naziri Mikayıl Cabbarovdan dəstək istənilib, saytımız vasitəsi ilə ondan rəhbəri olduğu quruma ünvanlanan müraciətlərinin aqibətinin araşdırlması istənilib.
Bundan başqa Prezidentə olunan müraciətdə 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun təşkilatçılığı və bir başa himayədarlığı ilə sahibkarlardan alınan qeyri-qanuni pulla mütəmadi olaraq iş vaxtları eyş-işrət, daha dəbdəbəli məclislərin qurulması haqda da məlumat verilirdi. Bu deyilənlərin sübutu olaraq Lənkəranda “Şah” restoranında şahlara layiq məclisin foto-görüntüləri də əksini tapmışdı.
Sərxoş müfəttişlər
Müraciətdə elə belə də yazılır:
“Cənab Prezident!
Sizə ərizə ilə birlikdə bu şəkilləri də göndəririk. Ədalət Fərəcov və bölmə rəisi Bəhruz Heydərov iş adamlarından hədə-qorxu yolu ilə aldıqları pullarla iş vaxtı və sonra Lənkəran şəhərində mütəmadi sərxoşlu edirlər”.
Bu arada Müstəqil.Az-ın əməkdaşları məsələ ilə bağlı yeni faktlar əldə ediblər və sahibkarlardan mənimsənilən vəsaitlərin miqdarı bəlli olub. Məsələn, qərar olmadan yoxlama adı ilə Lənkəran şəhər yarmarkasında 2017-ci ilin may, iyun, iyul və avqust ayları üçün sahibkarlardan illik yığılan vəsait 650 min manat civarında olub.”Əməliyyatı” dövlət vergi müfətişləri Ağayev Hakim Gülmalı oğlu, Əliyev Kamran Tariyel oğlu, həmçinin bazarın sahə müfəttişi həyata keçirib.
Zülm et, vəzifə al!
Onu da öyrəndik ki, hal hazırda Ərazi Vergilər İdarəsinin bölmə müdürü olan Abdullayev Nicat Mirtahir oğlu, Əliyev Valeh Yaşar oğlu 2016-cı ildə dövlət vergi müfəttişi işləyiblər. Sonralar onlar sahibkarlara etdikləri zülmə görə mükafatlandırılıb vəzifəyə irəli çəkiliblər.Məsələn, Abdullayev Nicat Mirtahir oğlu vergi “yığımında” xüsusi canfəşanlığına görə nazirliyin əməkdaşları Vəlhəddin Yunsurov, Namiq Bağırov, Eldəniz Kərimov iclasda xüsusi olaraq çıxış edib, onu regional şöbəyə rəis təyin etdiriblər.
Əliyev Valeh Yaşar oğlu isə yaxn qohumu, 33 saylı ərazi vergilər idarəsinin rəisi Məmmədov Sərxan Murad oğlunun hamiliyi ilə vəzifəyə gətirilib, operativ şöbəyə rəhbər təyin edilib.
“Levi” pullar
Adı çəkilən vergi müfəttişliyinin rəhbərləri Lənkəran bazarında piştaxta üzərində aksiz marakası olmayan siqaretlərin satışına yaradılan şəraitə görə sahibkarlardan hər ay 400Azn civarında pul alıblar.Həmin pullar müfəttişlər Əliyev Kamranın, Ağayev Hakimin əliylə gerçəkləşib və bu vəsaitin müəyyən hissəsi vergi hesablarına otuzdurulsa da, çox qismi özlərinə qalıb.
Vergi müfəttişliyinin səlahiyyət sahiblərinin qanundan kənar hərəkətləri bununla bitmir. Müstəqil.Az-ın poçtasına daxil olan məlumatda bildirilir ki, idrəninn şöbə rəhbəri Əliyev Valeh Yaşar oğlunun Cəlilabad səfərləri də “uğurlu” alınıb.
“Sülh” sazişi
Belə ki, Cəlilabad şəhər Heydər Əliyev prospektində yerləşn “Xəzər” marketin xanım sahibinin həyat yoldaşı Poladdan 2017-ci ildə iki dəfə pul alınıb. Birinci dəfə Poladdan marketin illik ödənişi üçün 1.500 AZN aldıqda, ikinci dəfə isə qərəzli yoxlama keçirildikdən sonra. Bu dəfə isə marketdəki malların qalıqlarının Vergilər Nazirliyinin müvafiq qərarında göstərilən qaydaya riayət etməməsindən, qaima fakturalarının olmamasından yana yoxlama açılır və sahibkardan 4.700 azn pul alınaraq aralarında “sülh” sazişi imzalanır. Bu razılaşamaya görə iş adamı müəyyən olunan vaxtlarda idarənin şöbə müdürü ilə yazılmamış qanunlara riayət edərək görüşməlidir.
Gizlədilən məbləğ
Lakin, sən demə, danışıq heç də uğurlu alınmayıb. Belə ki, 2017-ci ilin dekabr ayında 6 saylı ərazi vergi idarəsinin müfəttişi İsmayılov Əli Vəkil oğlu idarənin bölmə rəhbəri Bəhruz Heydərovun göstərişi ilə yenidən marketin qapısını “döyməli” olur. Və büdcəyə köçürüləcək vergini yenidən “sığallayırlar”. Bu dəfə marketin aylıq dövriyyəsi 140 azn göstərilir. Əslində bu rəqəm isə dəfələrlə çox olmalıdır.
Vergi qoçularının siyahısı bununla birmir.Belə ki, Bakı-Astara şossesinin Cəlilabad dairəsində yerləşəm “Yaşıl market” də vergi idarəsinin müfəttişlərinin əməlindən qara günlərini yaşamaqdadır. Cəfərov Elməddinə məxsus olan həmin marketdə 2017-ci ilin xronometraj yolu ilə yoxlaması aparılıb. Market hələ də o yoxlamanın nəticəsinin ağrısını çəkir. Belə ki, bu marketdə iki dəfə xronoloji yoxlama aprılıb.Birinci dəfə sahibkardan 1900 Azn, ikinci dəfə isə1500 azn alınıb.Adını da qoyublar illik köçürmə pulu. Fakt isə başqa rəqəmlərdən ibarətdir.
Yuxarılarla “razışlaşdırma”
Cəlilabadda Heydər Əliyev prospektində fəaliyyət göstərən və Həsənov Ağaxan Mirzəxan oğluna məxsus daha bir marketdə isə gündəlik dövriyyə 600-800 azn arası dəyişsə də, aylıq ödəniş 40 azn-ə qədər endirilib. Bu marketlə də məsələni ƏVİ nin adı çəkilən bölmə müdürü özü məşğul olur.
Cəlilabad rayon polis idarəsi ilə üz-üzə yerləşən marketdən də vergi müfəttişliyi “qan almamış” keçməyiblər. Belə ki, Məlikov Cabir Qulu oğluna məxsus olan marketin haqq-hesabı müfəttiş Fariz Seyfullayev tərəfindən “həyata keçirilib”. 1200 azn məbləğində vəsait“çöldən-çölə” ödənilib. 2017-ci ildə vergi müfəttişləri Əli İsmayılov, Vidadi Həsənovun iştirakı ilə yoxlama təşkil olunub. 500 AZN dövlətə pul köçürülüb. Qalan pullar isə Əli İsmayılovun nəzarəti altında yuxarı ötürülüb.
Eyni zamanda aksiz markası olmayan siqaretlərin topdan satışına da Fariz Seyfullayev tərəfindən yaşıl işıq yandırılıb və danışılan məbləğ yuxarı ilə razışlaşdırılıb.
Digər xəbərlər
loading...