Azər Süleymanov peşəkar baytarlıq mütəxəssislərini xidmətdən uzaqlaşdıraraq öz adamlarını yerləşdirir.
Ölkə mediasında dəfələrlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyətində müşahidə olunan bəzi neqativ hallardan, eləcə də Xidmətin rəis əvəzi Azər Süleymanovun Bakı Şəhər Baytarlıq İdarəsi xəttilə paytaxtın ət kəsimi və satışı müəssisələrindən həyata keçirilən pul yığımlarını öz nəzarətinə götürmək üçün göstərdiyi səylərdən bəhs olunan məqalələr dərc olunub. Məlum olduğu kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas missiyası ölkə ərazisində bütün növ heyvanların (mal-qarının, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edlməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirməkdir. Xidmət bu missiyanı həyat keçirmək üçün “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş vəzifə və hüquqlara malik olmaqla heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə yönəldilmiş tədbirlər görməlidir. Bu tədbirlərin həyata keçirilməsi üçün də Xidmətin tabeliyində xüsusi struktur bölmələri fəaliyyət göstərir. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bəzi kütləvi informasiya vasitələrinə, o cümlədən bizimdovr.az-a təqdim olunan məlumatlarda bu məsələnin mahiyyəti bir qədər fərqli rakursdan açıqlanır. İlk növbədə qeyd edək ki, müzakirə obyekti olan baytarlıq–sanitariya ekspertiza laboratoriyaları mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətinin aparılması məqsədilə yaradılaraq təsdiq olunmuş Əsasnaməyə uyğun fəaliyyət göstərməlidir. Sahə baytarlıq məntəqələri - xidməti ərazisində mal-qaranın müalicə işləri, yoluxucu və yoluxmayan heyvan xəstəliklərinə qarşı mübarizə aparılması istiqamətində fəaliyyət göstərməlidir. Artıq xəbər verildiyi kimi, iyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclasda Bakı şəhər Baytarlıq İdarəsinin tabeliyində olan bəzi baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) müdirləri, guya ki, ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad edilmişlər. Lakin müxtəlif mənbələrdən bu xüsusda bizimdovr.az-a təqdim edilən açıqlamalara görə, bu “tədbir” birbaşa Azər Süleymanovun planlaşdırıb həyata keçirdiyi “islahatlar paketi”nin bir hissəsidir. İddialara görə, Azər Süleymanov BSEL-lərdə öz adamlarını müdir təyin etməklə Bakı Şəhər Baytarlıq İdarəsində özünün təsir və nəzarət imkanlarını da möhkəmlətməyə çalışır. bizimdovr.az-a təqdim olunan açıqlamalardan birində deyilir: “Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclasda BSEL müdirlərinin şərlənərək işdən çıxarılmaları tamamilə qanunsuz əməldir. Hamı bilir ki, 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva və 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova öz işlərini vicdanla görən, pula, rüşvətə uymayan mütəxəssislərdir. Elə onların Azər müəllimin “hədəfinə keçmələri”nə də məhz bu xüsusiyyətləri səbəb olub. Bu müdirlər özləri rüşvət almadıqları kimi, yuxarını da pulla təmin edə bilmirdilər. Buna görə də işdən getməli idilər. Boşalan vəzifələrə yeni təyinatlar isə, inanmayacaqsınız, püşkatma (!) yolu ilə həyata keçirildi. Bu isə o deməkdir ki, təyinat üçün rəhbərliyin tələb etdiyi məbləği verənlərin sayı kifayət qədərdir. Təkcə “Bambit” şirkətində fəaliyyət göstərən laboratoriya müdiri Əvəz müəllim Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun qohumu olduğuna görə püşkatmadan azad edilməklə əvvəlki vəzifəsində saxlanıldı. Əlbəttə ki, belə bir vəziyyətdə Mehri Əliyeva kimilərinin vəzifədə qalmağa heç bir şansı yoxdur. Yalnız “Yaşıl bazar” və “8 km bazarı”nın ekspertiza laboratoriyalarına müdir vəzifələrinə təyinatlar püşkatma yolu ilə həll olunmadı. Məsələ bundadır ki, həmin vəzifələrin gəlirləri daha artıq olduğu üçün, onların “satışı” da hərrac üsulu ilə həyata keçirilməli idi.” Lakin iddialara görə, 11 iyun tarixində kecirilən iclasda Bakı Şəhər Baytarlıq İdarəsinin və sahə baytarlıq məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsindən, onların baytarlıq normalarına uyğun xidməti fəaliyyətlərinin təmin edilməsindən, heyvan mənşəli məhsulların və xammalın ekspertizasının aparılmasının keyfiyyətinin yüksəldilməsindən, laboratoriyaların indiyə qədər akkreditasiyadan keçirilməməsindən deyil, yalnız laboratoriya və məntəqələrdə az pul toplanmasından bəhs olunmuşdur. BSEL-in müdirlərindən bəzilərinin tutduqları vəzifədən azad edilməsi də, məhz həmin şəxslərin Azər Süleymanovun pul yığımları barədə tələblərinə cavab verə bilməmələri ilə əlaqələndirilir. Təsəvvür edin ki, sahə baytarlıq məntəqələrinin işçiləri bu tələblərə əməl edə bilmək üçün bütün günü küçələrdə, yol kənarlarında və dügər müəyyən olunmamış yerlərdə, antisanitar şəraitdə kəsilən və elə oradaca satışa çıxarılan heyvan cəmdəklərinə “müayinə edilmışdir” ştamp-nişanı vurmaq məcburiyyətində qoyulurlar. Sahibkarlar isə, bu ştampa görə hər baş iribuynuzlu heyvan cəmdəyi üçün 2 manat, bir baş qoyun və ya keçi üçün isə 1 manat pul ödəməli olurlar. Aydındır ki, bu zaman ətin heç bir müayinəsindən söhbət gedə bilməz. Lakin bu, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyini qətiyyən maraqlandırmır. Digər tərəfdən isə, bəzi mənbələr bir neçə BSEL müdirinin işdən çıxarılmasını başqa səbəblərlə də izah edirlər. Bu xüsusda açıqlamalarda bildirilir ki, Azər Süleymanov baytarlıq-sanitariya ekspertiza laboratoriyalarına öz adamlarını müdir təyin etməklə Bakı Şəhər Baytarlıq İdarəsində özünün təsir və nəzarət imkanlarını da möhkəmlətməyə çalışır...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovun peşəkar baytarlıq mütəxəssislərini şər, böhtan yolu ilə işdən uzaqlaşdıraraq, rüşvət şəbəkəsini daha da möhkəmləndirmək üçün cənab Heydər Əsədovun “müxtəlif üsullar”la” razılığını alaraq çevrəsinə səriştəsiz yaxın adamlarını toplamışdır. Çünki, Azər bəyə belələri lazımdır. A. Süleymanov nazirə “bəh-bəhlə sırıdığı” Sabirabad Zona Baytarlıq Laboratoriyasının keçmiş direktoru Oqtay
Xəlilovu, neçə illər bu sahəyə əmək sərf etmiş, Şirvan Baytarlıq İdarəsinin sabiq rəisi Yasər Əsgərovu heç də işləməsinə mane olmayan xəstəlik keçirdiyini bəhanə gətirərək, vəzifəsindən uzaqlaşdırılmasına nail olmaqla yerli baytarlıq mütəxəssisləri qala-qala Şirvan Baytarlıq İdarəsinə rəis təyin etdirdi. Heç kimin, hətta vəzifəli şəxsin də xəstəliklərlə “müqaviləsi” yoxdur. Hər bir özünü sağlam hesab edən şəxs qəflətən hər hansı bir xəstəliyə düçar ola bilər. Bu deyilənlərə, tapşırıq və digər qanunsuz yollarla təyin olunan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovu nümunə göstərmək olar. Hecə olur ki, insan bədənində ən mühüm funksiya daşıyan böyrəkləri xəstə olduğu üçün, ağır əməlyyat yolu ilə böyrək köçürülən, qazandığı rüşvət pulunu topba-torba dərmana verən A. Süleymanov yüksək iş qabiliyyəti, enerji tələb olunan respublika əhəmiyyətli yüksək postda işləyə bilir, Şirvan şəhərində bütün rayon aktivinin, eləcə də tabeliyində olan işçilərin hörmətini qazanmış, təcrübəli Yasər Əsgərov işləyə bilmir? Xəstələnən mütəxəssisi “işlənmiş əşya” kimi atmaq kimin ağlına gəldi? Budur, peşəkarlara bu günkü yanaşma? Görəsən yeni nazir postuna gətiriləndə ilk görüşlərdə Heydər Əsədovun dediyi: “...Peşəkar, bacarıqlı mütəxəssis mənim gözümün işığıdır” sitatının sonu budur? Bütün bilikli və bacarıqlı baytarlıq mütəxəssislərini Azər bəyin rüşvət almasında əl-ayağına dolaşmamaları üçün “yalan, “böhtan” iftiralarla dolu informasiyası ilə sıradan çıxarılır. Ölkənin baytarlıq sistemi görün hansı kadrlarla idarə edilir: A. Süleymanov - Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin səlahiyyətlərini müvəqqəti icra edən, böyrəkləri xəstə, ağır əməlyyat yolu ilə böyrək köçürülmüş, yüksək vəzifə tuta-tuta bir xarici dil bilməyən, intiriqalar mənbəyi, qarşısında olan şəxsi dinləməyi bacarmayan, ancaq insaf naminə desək “hesab fənni”nin ustası. Elşad Rzayev - Azər bəyin dayısı oğlu, Respublika Baytarlıq Laboratoriyasının direktor müavini. Mübariz Nəbiyev - tələbə yoldaşı, təqaüdçü, Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri. Əhəd Əliyev- Respublika Baytarlıq Laboratoriyasında ixtisasına uyğun olmayan şöbənin müdiri, verilən məlumata görə ictimai təhlükəli əməllərinə görə məhkum edilmiş. Aydın Hüseynov - Dövlət Xidmətinin tələbləri səviyyəsində savadı olmayan A.Süleymanovun yaxın adamı. Hansı ki, A. Hüseynov iş adamlarını 1-ci mərtəbədə olan öz otağına çəkib rüşvət yığmaqla məşğuldur. Tahir Abdullayev - A. Süleymanovun tələbə yoldaşı, Apşeron Rayon Baytarlıq İdarəsinin rəisi. Balakən Rayon Baytarlıq İdarəsinin rəisi, ondan əvvəl qəbir daşlarının üzərinə yazıların həkk edilməsi ilə məşğul olan. Kamran Məmmədov - A. Süleymanovun tələbə yoldaşı, Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi, evində şirniyyat məmulatları hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla məşğuldur. Nazir Cəfərov- Ağcabədi Rayon Baytarlıq İdarəsinin rəisi, mal-qarasını sataraq vəzifəyə gətirilməsini gizlətmir. Oktay Həmidov –tələbə yoldaşı, Göygöl rayon Baytarlıq İdarəsinin rəisi. Arzu- tələbə yoldaşı, Göygöl rayon Baytarlıq İdarəsinin rəisinin müavini. Oqtay Xəlilov- A.Süleymanovun yaxın adamı, Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilən gündən qanunsuz küçə ticarətindən yığdığı pulların hesabına imkanlaşmış və ABŞ-ın Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində Sabirabad Zona Baytarlıq Laboratoriyasına verilmiş xüsusi təyinatlı avtomaşını da özü ilə Şirvan şəhərinə gətirərək tabeliyində işləyən xanımı nalayiq təkliflər edir. Bu da aydındır ki, Oqtay Xəlilov birbaşa Azər Süleymanovun yaxın adamıdır. Yəqin ki, Oqtay müəllim də xanımı “səfərə” çıxarmaq arzusunu rəhbəri olan Azər bəyin ona tərəf əsən “isti küləyi” yaradıb. Lakin Oqtay müəllimin bu şərəfə nail olması baş tutmamış, xanımın valideyinlərı və qohumları Azər müəllimin kadrı olan Oqtay Xəlilovu idarədə biabır edərək ərizə ilə rayon prokurorluğuna müraciət etmişlər. Bütün Şirvan şəhər əhalisi Sabirabad rayonundan gəlmə olan Oqtay Xəlilovun törətdiyi biabırçı əməllərindən danışır və hüquq-mühafizə orqanlarının, eləcə də Kənd Təsərrüfatı Nazirliyi rəhbərliyinin Oqtay Xəlilovun cəzalandırılacaq qərarını gözləyirlər. Lakin Azər Süleymanov isə Xidmətin adına ləkə gətirən kadrını müdafiə etmək üçün əlindən gələni əsirgəmir və hələlik isə buna nail olur...
Azər Süleymanov özü əvvəllər işlədiyi idarəyə təmir və digər tələbatlar üçün ayrılan vəsaitlərin mənimsənilməsindən, dərman preparatlarının alverindən qazandığı pulların hesabına rayon səviyyəsindən “qalxaraq”, idarəçilik prinsiplərinə mükəmməl yiyələnmış, peşəkar mütəxəssislərin başları üstündən vəzifəyə gətirilirsə, bu zaman onun təyinatları da püşkatmalara və auksionlar vasitəsilə həyata keçiriləcək. Dövlət Baytarlıq Nəzarəti Xidmətində isə, qanunun aliliyindən çəkinmədən sahibkarların açıq-aşkar soyulması, onlardan rüşvət tələb edilərək alınması, peşəkar baytarlıq işçilərinin qanunsuz, kütləvi şəkildə işdən çıxarılaraq, onların yerinə qohumluq və yoldaşlıq prinsipi ilə qeyri-peşəkarların təyin edilməsi, tender maxinasiyaları, baytar işçilərinin büdcədən kənar vəsait adı altında rayon və şəhərlərdə olan ət dükanlarından, şadlıq evlərindən, emal müəssisələrindən rüşvət toplanmasına məcbur edilmələri, rayonlarda yoluxucu xəstəliklərin yayılması və digər qanunsuzluqlar da hələ uzun müddət davam edəcək.
Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...