“Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq”
Modern.az-ın məlumatına , bunu “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində deputat Əlİ Məsimli deyib.
O bildirib ki, hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir.
“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. “Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa onu başqa banka keçirsinlər. Yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər.
İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015- ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik?”.
Əli Məsimli deyib ki, bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. “Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollara qədər borcu olan şəhid ailələrin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.
Digər xəbərlər
loading...