Ötən gecə İstanbulda qətlə yetirilən kriminal aləmin üzvü Rövşən Lənkəranskiyə silahlı hücumla bağlı 4 nəfər həbs edilib.
MilliYol.Az Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan 3-ü Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. Saxlanılan şəxslərin kimliyi ilə bağlı hüquq-mühafizə orqanlarından əlavə məlumat verilməyib.
Xəbərdə bildirilir ki, İstanbul polisi hadisə baş verdikdən dərhal sonra cinayəti törədən şəxslər isti izlərlə yaxalamağa çalışıb. Silahlı hücumun baş verdiyi Beşiktaş bölgəsindəki bütün müşahidə kameralarındakı görüntülər araşdırılıb və şübhəli şəxslərin izinə düşülüb. İlkin dəlillərdən yola çıxaraq cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...