Amsterdamda dəfn sənayesi sərgisində “İntihar üçün ilk kapsul” nümayiş etdirilib
Kulis.az-ın rus mətbuaına istinadən verdiyi xəbərə görə, Sarco adlanan aparatı Niderlandda hazırlayıblar. Kapsulun futuristik üslubda dizayn ediblər, o, gələcəyin kosmik uçuş aparatına oxşayır.
Kəşfin müəllifləri holland dizayneri Aleksandr Bannik və evtanaziyanın leqallaşdırılması lehinə çağırışlar edən avtraliyalı ictimai fəal Filip Niçkedir.
Yaradıcıların söylədiyinə görə, köşk arzu edənlərə həyatdan ağrısız getməyə imkan verəcək. “İntiharçı yüngül başgicəllənmə hiss edəcək, sürətlə huşunu itirəcək və oləcək” – Niçke izah edib.
Sərgidə aparatın yalnız maketi nümayiş etdirilib. İstifadəçinin kapsulanı sınaqdan keçirməsi üçün eynək taxıb, virtual olaraq orada ola bilərlər. Kəşf müəllifləri əsl nümunəni ilin sonunadək hazır etməyi düşünürlər.
Digər xəbərlər
loading...