İran prezidenti Həsən Ruhani 2017-ci ildə prezident seçkisi kampaniyası zamanı verdiyi vədlərdən birini yerinə yetirə bilər
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Təbrizə səfərində ictimaiyyət qarşısında çıxışı zamanı Urmiya gölünün bərpasına kömək edəcəyinə də söz verib.
Dövlət başçısı gölün səviyyəsinin bir metrə kimi artırılacağını bildirib. İcrası nəzərdə tutulan layihələrə görə, gölün suyu 900 milyon kubmetrə qədər artırılmalıdır.
Həsən Ruhani həmçinin Azərbaycan dili və Təbrizin “Traktor Sazi” komandasının təşviqinə çağırıb.
Xatırladaq ki, Həsən Ruhani 2013-cü ildə də seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmiya gölünün xilası üçün vəd vermiş, lakin bu istiqamətdə heç bir real addım atılmamamışdı.
Digər xəbərlər
loading...