Bununla belə, onun kriptovalyuta bazarındakı payı azalmaqdadır
Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin bu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətə ticarət olunub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun qiyməti 4,4% artaraq 9 253 dollara çatıb.
Bitkoinin nağd forması - "Bitcoin Cash" isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib.
Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 7,5% artaraq 681 dollara, "Ripple"in qiyməti isə 5,9% artaraq 0,92 dollara yüksəlib.
Xatırladaq ki, bu ayın ortalarından etibarən bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişib və yalnız bu gün kriptovalyuta bazarına investisiyalar fonunda qiymət 9 min dolları keçib. Hazırda bitkoinin kapitallaşma göstəricisi 421,63 mlrd. dollar təşkil edir ki, bu da həftəlik müqayisədə 30% çoxdur.
Bununla belə, bitkoinin kriptovalyuta bazarındakı payı azalmaqdadır. Bir həftə bundan əvvəl bazarın 42%-nə nəzarət edən bitkoinin payı hazırda 37% təşkil edir.
Digər xəbərlər
loading...