Vəkillər Kollegiyası Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illik dayandırıb
“Azadlıq”a açıqlamasında Nemət Kərimli bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun VK-yə şikayəti əsasında baş tutub.
R.Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 illiyə dayandırılması barədə bu gün qərar verib.
Eyni üsulla Rüstəm Usubov vəkil Əsabəli Mustafayevlə bağlı Kollegiyaya şikayət yazıb. Vəkil Gözəl Bayramlı ilə bağlı işi siyasiləşdirməklə Baş Prokurorluğun nüfuzuna zərbə vurub, eyni zamanda bu həbslə bağlı ictimaiyyəti caşdıran informasiya verib.
Digər xəbərlər
loading...