Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb
Bu barədə Trend-ə H.Abdullayevin vəkili məlumat verib.
Vəkil bildirib ki, H.Abdullayev istintaqa cəlb edilib, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır: "Hüseyn Adbullayev Azərbaycana gətirilib və aprelin 23-dən istintaq hərəkətləri aparılmasına başlanılıb. Vəkillə görüşü də təmin edilib. Hələlik istintaq təcridxanasına köçürülməyib. Yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək".
Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.
2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.
Digər xəbərlər
loading...