Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
DSX-dan verilən məlumata görə, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan rəsmi qaydada Azərbaycana gələn 1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəticəsində üzərində 2500 qram tiryək, 500 qram heroin aşkar olunub.
Faktla bağlı əməliyyat - istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər
loading...