Yeddinci mövsümündə internetə “sızan” seriyalarına görə problemlər yaşayan “Taxt oyunları” serialının məsul şəxsləri finalla bağlı yeni qərar veriblər
Oxu.Az xəbər verir ki, 2019-cu ildə ekrana gəlməsi planlaşdırılan serialla bağlı məlumatların qorunması məqsədilə bir sıra tədbirlər görüblər.
İlk olaraq HBO kanalı birdən çox final seriyasının çəkilməsi və aktyorlara ssenarisinin hamısının verilməməsini təklif edib.
Prodüserlərin təkliflərinə sərvət dəyərində olan müqavilələr də əlavə olunub.
Belə ki, final ssenarisini əvvəlcədən görməsi qaçınılmaz olan baş roldakı aktyorlara 30 milyon dollarlıq müqavilə imzaladılıb.
Sosial media qadağaları da olan aktyorlar əgər ssenari ilə bağlı ən kiçik bir detalın yayılmasına səbəb olarlarsa, “Taxt oyunları”nı ekranlaşdıran şirkətə 30 milyon dollar cərimə ödəmək məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, “Taxt oyunları”nın növbəti – səkkizinci mövsümü 2019-cu ilin aprel ayında yayımlanacaq.
Digər xəbərlər
loading...