Prezident İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
2018-ci ilin may ayında Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.
Nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazmışdır. Sənətkarın canlandırdığı obrazlar yüksək ifaçılıq nümunələridir. Mehdi Məmmədov pedaqoji sahədəki uzunmüddətli dolğun fəaliyyətini, eyni zamanda, səmərəli elmi yaradıcılıqla ahəngdar şəkildə əlaqələndirmişdir.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın teatr ənənələrinin yeni nailiyyətlərlə daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərmiş böyük sənətkar Mehdi Məmmədovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verildi.
Prezident İlham Əliyev ədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar memar"
Hüseynova Leyla Qafar qızı
Məmmədov Ədalət Eyvaz oğlu
"Əməkdar mühəndis"
Kərimli Telman Nəcəf oğlu
Sultanov Zakir İmran oğlu
"Əməkdar mədəniyyət işçisi"
Nuriyev Fuad Lütvəliyeviç. (azərtac)
Digər xəbərlər
loading...