"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.
Bu barədə MilliYol.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.
Kursda iştirak tələbləri:
• Yaş: 22 - 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki ali
• Dil bilikləri:
• Azərbaycan dili - əla
• Rus dili - yaxşı
• Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Şöbə rəisi bildirib ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.
Müraciətlər avqustun 25-dək qəbul edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...