Rusiyada “YouTube” istifadəçiləri xidmətin işində problemlər yarandığını bildiriblər
İKT.lent.az-ın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, problemlər aprelin 23-də səhər saatlarında başlayıb.
Moskva, Sankt-Peterburq, Yekaterinburq, Çelyabinsk, Volqoqrad, Kazan, İjevsk, Kaluqa və digər şəhərlərdən olan istifadəçilər sayta girişdə çətinliklər yaranmasından şikayətləniblər. Hələ ki başqa ölkələrdə belə bir problem müşahidə edilmir. Rusiyalılar əsasən “Chrome” və “Opera” brauzerlərindən saytın yüklənmədiyini deyirlər.
Problemin “Telegram”ın istifadə etdiyi IP ünvanlarının “Roskomnadzor” tərəfindən bloklanması ilə bağlı ola biləcəyi güman edilir. Aprelin 22-də bu idarə “Google”un bir sıra IP ünvanlarını qadağan olunan saytlar reyestrinə daxil etdiyini açıqlayıb. Çünki “Telegram” məhz bu IP ünvanları sayəsində bloklanmanı qırır. Xatırladaq ki, “YouTube” xidməti də “Google”a məxsusdur.
Digər xəbərlər
loading...