“Moskva İrəvandakı etirazlardan sonra daha çox Gümrü bazasının bağlanmasından qorxur”
Axar.az xəbər verir ki, bu sözlər erməni publisist Nairi Ayrumyanın “Lragir.am” saytında dərc olunan məqaləsində yer alıb.
“İrəvandakı mitinqlərdə heç vaxt geosiyasi kontekst dilə gətirilməyib, Rusiya xatırlanmayıb. Bazanı itirmək qorxusu Rusiyanı hakimiyyəti dəstəkləməyə, Moskvadakı kimi güc yoluna əl atmağa məcbur edir. Yalnız Rusiya Sərkisyana etirazçılara qarşı güc tətbiqi qarşılığında zəmanət verə bilər. Belə olan halda Sərkisyan Əsədə çevriləcək”, – deyə o bildirib.
Digər xəbərlər
loading...