Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.
İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu (ikinci səsvermə), “Peşə təhsili haqqında” qanun layihəsi ( yekun oxunuş), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri İnzibati Xətalar Cinayət və Vergi Məcəllərinə dəyişiklik ediləcək.
Həmçinin iclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi müzakirəyə çıxarılacaq.
Bundan başqa, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” və “Məşğulluq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
Digər xəbərlər
loading...