ABŞ-ın Ermənistandakı səfirliyi ölkənin hüquq mühafizə orqanlarını hüquq normalarına və dinc toplantılar azadlığına ciddi riayət etməyə çağırıb
Bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.
“Ölkə hakimiyyətini təmkin nümayiş etdirərək dinc mitinqlərə mane olmamağa çağırırıq. Jurnalistlər və nümayişçilərə qarşı zorakılığın tətbiq edilməsi barədə xəbərlər bizdə ciddi narahatlıq doğurur. Etirazçılara qarşı zorakılığa yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayırıq”,-deyə sənəddə bildirilir.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Sonradan ölkədə “məxməri inqilab”ın başlandığı elan olunub. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, yüzlərlə insan saxlanılıb. Xəsarət alanlar var. (virtualaz.org)
Digər xəbərlər
loading...