Misirin cənubunda yerləşən qədim Kom-Ombo məbədində arxeoloqlar tərəfindən aparılan təmir işləri zamanı Roma imperatoru Mark Avrelinin büstü tapılıb
MilliYol report.az-a istinadən bildirir ki, bu barədə ölkənin Maddi Mədəniyyət İşləri üzrə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, artefaktın nadirliyi ondan ibarətdir ki, bu imperatorun heykəltaraşlıq təsvirlərinə Misir ərazisində demək olar ki, rast gəlinməyib.
Qədim Misir Departmentinin rəhbəri Ayman Aşmauinin sözlərinə görə, hökmdarın qıvrımsaçlı və saqqalı başının təsvir edildiyi tapıntının ölçüləri 40/34 santimetrdir. Həmçinin qeyd olunur ki, onun yaxınlığında qumdaşından düzəldilmiş başsız heykəl hissəsi tapılıb. Hazırda alimlər bu tapıntıları tutuşdurmağa çalışır.
Digər xəbərlər
loading...