Hazırda İrəvanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada 10 min nəfər iştirak edir
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaya bu gün saxlanılan deputat Nikol Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan rəhbərlik edir.
S. Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar aprelin 13-dən başlayıb.
Bu arada Ermənistan Səhiyyə Nazirliyi aksiyalar zamanı xəsarət alan və xəstəxanalara yerləşdirilən 9 nəfərin müalicəsinin davam etdiyini açıqlayıb. Onlardan 7 nəfəri bu gün xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-nın durumu yaxşı olsa da, 3 nəfərin durumu orta-ağır qiymətləndirilir.
Digər xəbərlər
loading...