Nikaraquada keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistə canlı yayım zamanı atəş açılıb
MilliYol axar.az-a istinadən bildirir ki, bu barədə “Röyter” yazıb.
Blufilds şəhərində baş verən aksiyalar barədə canlı yayımda izləyicilərə məlumat verən jurnalist Anqel Qahon qəfil atəş nəticəsində başından yaralanaraq yerə sərilib.
Jurnalistə atəş açan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Məlumata görə, hadisə baş verən zamanı yaxınlıqda etirazçıların qarşısını almaq üçün göndərilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları da olub.
Digər xəbərlər
loading...