Erməni lobbisinin Azərbaycana və Türkiyəyə qarşı 24 aprel ərəfəsində planlaşdırdığı xain addımlarda bəzi soydaşlarımızdan da istifadə oluna bilər
Musavat.com-un əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti və onlara bağli olan qüvvələr 24 aprel qondarma “erməni soyqırımi”nın növbəti ildönümü ərəfəsində, aprelin 23-dən başlayaraq öz diasporasının daha fəal olduğu Fransada müxtəlif təxribat xarakterli aksiyalar keçirməyi nəzərdə tutublar.
Həmin tədbirlərin həm Azərbaycan dövlətinə, həm də Türkiyə Cümhuriyyətinə qarşı keçirilməsi, bu zaman Avropa siyasi təsisatlari qarşısinda hər hansı təxribat xarakterli aksiyaların təşkili nəzərdə tutulur. Həmin məlumatlara görə, ermənilər həmçinin bununla ölkələrində baş verən kütləvi itaətsizlik hallarından xalqın diqqətini yayındırmaq məqsədi güdür.
Avropada fəaliyyət göstərən ermənipərəst qüvvələr aksiyalara Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan, ölkədə hakimiyyət dəyişikliyi istiqamətində fəaliyyət göstərən qüvvələri də dolayısi yolla cəlb etməyi nəzərdə tutublar, yaxud buna müəyyən qədər nail olublar.
Bu tipli tədbirlərin Avropanın digər ölkələrində də keçirilməsi mümkündür.
Maraqlı cəhət ondan ibarətdir ki, Avropada Azərbaycan hakimiyyətinə qarşı fəaliyyət göstərən qüvvələrin ermənilərlə gizli koordinasiyasıni həyata keçirən şəxs və ya şəxslər ölkəmizi müxtəlif səbəblərə görə tərk etmiş soydaşlarımızı da bu təxribatlara cəlb etməyə boyun olublar və ya vəd veriblər.
Göründüyü kimi kiçik bir qrup Azərbaycanı beynəlxalq aləmdə əlverişsiz duruma salmaq üçün ən ağlasığmaz addımlara getməkdən belə çəkinmir. “Erməni soyqırımı” ərəfəsində və erməni diasporunun ən güclü olduğu ölkələrdən birində aksiyalara başlamaq təsadüf ola bilərmi? Bu, öncədən planlaşdırılmış işə oxşamır ki? Bu suallara obyektiv cavab vermək bir az çətindir. Amma bir şey mütləq nəzərə alınmalıdır: tamamilə mümkündür ki, Ermənistan mediası bu piketləri çəkib, “Azərbaycanlılar Fransada ermənilərə dəstək aksiyası keçirdi” başlığı ilə verə bilər. Bunun belə olmadığına kimlərisə inandırmaq sonradan çox çətin işə çevriləcək.
Ona görə də inanmaq istərdik ki, bu gün Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız maksimum ayıqlıq göstərib, bu cür oyunlara alət olmaqdan yayına biləcəklər.
Digər xəbərlər
loading...