Olimpiadanın bu günkü mübarizəsi bizim üçün gümüş medalla başlayıb.
MilliYol.Az xəbər verir ki, Avarçəkmənin Kanoe Sprint növündə 200 metr məsafəyə yarışan Aleksandr Demyanenko finişə 2-ci çatıb. O cüzi fərqlə uduzub.
Ukraynalı idmançı Yuri Çebanın qızıl medal qazanıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Ondan 0,214 saniyə geri qalan Demyanenko gümüş medalla kifayətlənib. İlk "üçlüyü" İsak Keyroş Dos Santos (Braziliya) tamamlayıb - 39,628 saniyə.
MilliYol.Az
Digər xəbərlər
loading...