Ermənistanda artıq onuncu gündür Serj Sərkisyanın baş nazir olmasına qarşı etirazlar davam edir. Etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan bir neçə gün əvvəl seçildiyi baş nazir postundan Sərkisyanın istefasını tələb edəndən sonra o, ilk dəfə hakimiyyətdən hansı şərtlə əl çəkə biləcəyini açıqlayıb
Serj Sərkisyan ötən gün aprelin 21-də bu barədə danışıb. Bildirib ki, onun baş nazir olması olduqca aydın vəziyyətdən qaynaqlanırdı.
“Mənim tərəfimdən baş nazir vəzifəsini tutmaq bir sadə səbəbdən irəli gəlib. Bu geosiyasi mürəkkəb regionda və çoxsaylı çağırışların meydana çıxdığı bir vaxtda ölkənin təhlükəsiz inkişafını təmin etmək və Qarabağ probleminin layiqli nizamlanmasına yönəlmiş səyləri davam etdirmək”-Serj Sərkisyanın “Luis” təhsil fondunun məzunlarının sorğusuna verdiyi cavabda belə deyilir.
Sərkisyana görə bu problemlər “həll olunandır” və ancaq Qarabağ probleminin “layiqli həllindən” sonra hakimiyyətin sükanını başqa adamlar götürə bilər.
Bu, Serj Sərkisyanın faktiki olaraq uzun müddət hakimiyyətdən əl çəkmək niyyətinin olmadığını göstərir. Çünki onun 10 illik hakimiyyəti dövründə Qarabağ probleminin həllində ancaq geriləmə baş verib və məhz Serj Sərkisyanın siyasəti nəticəsində bu məsələnin dinc yolla həlli çıxılmaz dalana dirənib. O zaman Serjikin məntiqinə əsasən Qarabağ problemi ilə istənilən qədər bu cür manipulyasiya etmək və hər dəfə küçələr onu istefaya çağıranda problemin hələ həll olunmadığını əsas gətirərək hakimiyyətdə qalmaq olar. Hansı ki, Serj Sərkisyanın da aid olduğu Qarabağ klanı Ermənistanda hakimiyyəti məhz bu münaqişə sayəsində ələ keçirib.(virtualaz.org)
Digər xəbərlər
loading...