Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dövlət çevrilişinə cəhd həyata keçirilir
Bu barədə öz mənbələrinə istinadən “Associated Press” məlumat yayıb. Sosial şəbəkələrdə yerli mənbələrin verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayına silahlı hücum baş verib.
Virtualaz.org mənbələrə istinadən bildirir ki, hazırda saray istiqamətində atəş səsləri eşidilməkdədir. Kralın hava limanında təhlükəsiz bir yerə sığındığı, vəliəhdin isə atəş altında olan sarayda olduğu deyilir.
Bildirilir ki, çevriliş cəhdinə ölkənin quru qoşunlarının rəhbəri general Alukas Neplis başçılıq edir.
Hüquq mцdafiəçisi Əli Əl-Əhməd özünün “Twitter” hesabında təsdiq edib ki, kral Salman ibn Əbdül-Əziz əl Səud saraydan təxliyyə olunub. Mənbənin sözlərinə görə, kral “Kral Xalid” hərbi bazasına aparılıb. Sarayın ətrafında atışmanın davam etdiyi bildirilir.
Digər xəbərlər
loading...