Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artmaqdadır
Azərtac xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
Bildirilir ki, bu investisiyaların artması nəticəsində dünyada elektrik enerjisi ilə işləyən avtomobillərin sayı artmağa başlayıb, eləcə də böyük şirkətlərin səhmdarlarının ətraf mühitin qorunmasına dair siyasətə həssas yanaşmalarına və karbon emissiyasının azaldılmasında birgə səylərin artmasına səbəb olub. Həmin sərmayələr daha çox külək və günəş enerjisinə yönəlib.
“Enerji nəhəngləri “Shell”, BP, “Eni”, və “Statoil” bərpaolunan enerji mənbələrinə investisiyaları artıracaq. Lakin bərpaolunan enerjidən istifadənin artması neft və qaz hasilatının azalacağına işarə deyil. Qlobal enerji istehlakı artır ki, bərpaolunan enerji mənbələrinin də bu artımda öz payı var”, – deyə məlumatda qeyd edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...