Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı hazırlanır
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Federasiyasının (AAF) Baş katibi Anar Şükürov bu gün Bakı Şəhər Kartinq Mərkəzinin (Baku City Karting) rəsmi açılış mərasimində bildirib.
Onun sözlərinə görə, 4 illik dövrü əhatə edəcək sənəd üzərində işlər tamamlanmaq üzrədir: "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ölkə rəhbərliyinin, xüsusən prezident İlham Əliyevin birbaşa diqqət mərkəzindədir və hazırda ölkə başçısının göstərişi ilə 2018-2022-ci illər üçün Azərbaycan Respublikası yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Bu proqramın əsas məqsədi yol hərəkətində insanların həlak olmalarının, xəsarət almalarının qarşısını alaraq onların sayını, eləcə də ölkə iqtisadiyyatına dəyən zərəri azaltmaqdır. Bu sahədə işlərimizi davam etdirəcəyik".
Digər xəbərlər
loading...