Serj Sərkisyan baş nazir seçilsə də, hələlik heç bir xarici dövlət onu təbrik etməyə tələsmir
Axar.az xəbər verir ki, bu informasiyanı “Joxovurd” qəzeti yayıb.
“Sərkisyanı indiyə qədər yalnız Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Gürcüstan Baş naziri Georgi Kvirikaşvili təbrik edib. Bu şəxslərdən başqa Sərkisyanı heç bir MDB və Avrasiya İttifaqı üzvü təbrik etməyib. Bu sıraya həmçinin Qərb ölkələri də aiddir. Qərb dövlətləri, əksinə, Sərkisyanı güc tətbiq etməməyə çağırıblar. Daha bir önəmli məqam isə Sərkisyanı Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Tiqran Sərkisyanın da təbrik etməməsidir. Görünür, Tiqran Sərkisyan öz siyasi elitasını dəyişib və artıq Serj Sərkisyana diqqət etmir”.
Qeyd edək ki, S.Sərkisyanın baş nazir kimi təqdiq edilməsindən 3 gün keçib.
MilliYol.Az
Digər xəbərlər
loading...