Aprelin 20-nə kimi Azərbaycanda iki mindən çox yeraltı təkan qeydə alınıb
Maqnitudası 3-dən böyük zəlzələlərin sayı 18-ə, hiss olunanların sayı isə 5-ə bərabər olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.
Baş direktor bildirib ki, ötən dövr ərzində maqnitudasına görə ən böyük yeraltı təkan Qubada qeydə alınıb. Fevralın 27-də, yerli vaxtla saat 23:03:39-da baş verən və ocağı 41 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələ hiss olunmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...