ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) 11 aprel növbədənkənar prezident seçkilərində beynəlxalq seçki müşahidəçi missiyası bu həftənin sonunda ölkədəki işini başa vuracaq. Bu barədə missiyadan bildiriblər
Qeyd edək ki, öncə missiyanın aprelin 24-də yola düşəcəyi planlaşdırılıb.
İki aydan sonra ATƏT DTİHB Azərbaycanda seçkilərin monitorinqinin nəticələrinə dair yekun hesabatını açıqlayacaq və seçki praktikasının, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələrini irəli sürəcək.
Aprelin 12-də missiya seçkilərin nəticələri ilə bağlı ilkin bəyanatını açıqlayıb. Sənəddə seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Müşahidəçilərin rəyi hakimiyyətyönümlü jurnalistlərin qəzəbinə səbəb olub və onlar mətbuat konfransında qalmaqal yaradıb.
Azərbaycan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası missiyanın bəyanatını qəbul etmir, etiraz bətynataları ilə çıxış edib. Hətta ATƏT DTİHB-nin beynəlxalq seçki misisyasının rəhbərliyi Azərbaycan Xarici işlər Nazirliyinə dəvət edilib.
Ancaq missiyanın tənqidi rəyi Avropa Şurası, Avropa İttifaqı və ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənib. (Amerikanın Səsi)
MilliYol.Az
Digər xəbərlər
loading...